Ölkə futbolu
"Simurq" "Vardar"la sülh bağladı
Təlim-məşq toplanışını Sloveniyada davam etdirən “Simurq…
Təlim-məşq toplanışını Sloveniyada davam etdirən “Simurq” bu gün ikinci yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, Zaqatala təmsilçisinin budəfəki rəqibi Makedoniyanın “Vardar” klubu olub.
Qarşılaşmada hesabı makedoniyalılar açıb. Amma ilk yarıda hesabı bərabərləşdirən Georgi Çixradzenin yetirmələri fasilədən sonra önə çıxmağa da imkan tapıblar. Son dəqiqələrdə "Vardar" daha bir qol vuraraq, qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib – 2:2.
Qeyd edək ki, "sarı-qaralar" ilk yoldaşlıq görüşündə Sloveniyanın "Aluminiy" klubunu 1:0 hesabı ilə üstələmişdi. Həmin matçda yeganə qolu baxışda olan çexiyalı hücumçu Lukas Tresynak vurmuşdu.
Yoxlama oyunu
9 iyul
Simurq – Vardar – 2:2 (1:1)
Oyun başladı
7. Hambardzumyan hesabı açır – 0:1
33. Komandamız hesaba tarazlıq gətirir – 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
60. "Simurq" hesabda önə keçir – 2:1
87. Makedoniya klubu yenidən hesabı bərabərləşdirir – 2:2
Matç başa çatdı
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”