Ölkə futbolu
Tahir Süleymanovun istefası rəsmən qəbul olundu
"Neftçi" klubu bəyanat yayıb. Futbolinfo.az xəbər…
"Neftçi" klubu bəyanat yayıb. Futbolinfo.az xəbər verir ki, bəyanatda klubun vitse-prezidenti Tahir Süleymanovun istefasının rəsmən qəbul olunduğu açıqlanıb:
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov 2014-cü ilin aprel ayında klub prezidenti Sadıq Sadıqova istefa ərizəsi ilə müraciət etmişdi. Lakin onun istefa məsələsinə daha sonra baxılmasına qərar verilmişdi. Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Koper” matçından sonra vitse-prezident Tahir Süleymanov istefa ərizəsinə yenidən baxılması üçün klub prezidenti Sadıq Sadıqova müraciət edib. Onun istefa ərizəsinə yenidən baxılıb və istefası klub prezidenti tərəfindən qəbul olunub".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”