Ölkə futbolu
Yunuszadə: "Partizan" bizdən güclü deyildi"
"Neftçi"nin futbolçusu Elvin Yunuszadə Avropa…
"Neftçi"nin futbolçusu Elvin Yunuszadə Avropa Liqasının pley-off mərhələsi çərçivəsindəki Serbiya "Partizan"ı ilə cavab oyunu sonrası fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, gənc müdafiəçi 1:2 hesablı məğlubiyyəti belə şərh edib:
"Səfərdən pis nəticə ilə qayıtmamışdıq. Mərhələ adlamaq şansımız, gücümüz var idi. Hava çox isti idi. Həqiqətən də meydança bərbad vəziyyətdə idi, oynamaq olmurdu. Çalışdıq ki, əlimizdən gələni edib, yaxşı nəticə qazanaq. Düzdü rəqib də eyni şəraitlə üzləşdi, amma bizə topla oynamaq lazım idi. Rəqib onsuz da bir qol vurub çəkiləcəkdi arxaya. Bu şərait daha çox onlara sərf edirdi. Onların isdədiyi o idi ki, biz topla deyil uzun paslarla oynayaq. Bu? hər şeyin sonu deyil. Futbolda belə şeylər olur. Artıq çempionat oyunları üçün çalışacağıq. Çempionat da bizim üçün vacibdi. Burada uğurlu nəticə qazanmalıyıq ki, yenidən avrokuboklara vəsiqə qazana bilək. Başabaş oyun oldu. Deməzdim ki, "Partizan" bizdən güclüdü. Sadəcə? təəssüflənirəm ki, stadionu dolduran azarkeşlərimizi məyus etdik".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”