Ölkə futbolu
AZAL-ın toplanış planı bəlli oldu
AZAL-ın qış fasiləsində təlim-məşq toplanışı üç…
AZAL-ın qış fasiləsində təlim-məşq toplanışı üçün gedəcəyi yer bəlli olub. Futbolinfo.az xəbər verir ki, əksər klublarımız kimi “təyyarəçilər” də Türkiyəyə üz tutacaq.
Tərlan Əhmədovun başçılıq etdiyi komanda yanvarın 12-də Antalyaya yollanacaq. Həmin ayın 24-nə qədər burada hazırlıq keçməyi planlaşdıran bakılılar bir sıra yoxlama matçında da güclərini sınayacaqlar.
Rəqiblərin kimliyi hələ müəyyənləşməsə də, əldə etdiyimiz məlumata görə, AZAL daha çox Şərqi Avropa, Balkan, Ukrayna, Moldova klubları ilə oynamağı planlaşdırır.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”