“Yuventus” un baş direktoru Cüzeppe Marotta futbolçuları Fernando Lorentenin transferi ilə bağlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, klubun direktoru bask forvardın komandanı tərk etməyəcəyini bildirib:
"Lorente satılmır, heç bir zaman da satmaq fikrimiz olmayıb. O, komandada qalacaq. Futbolçunun transferi ilə bağlı olan söz-söhbətlər həqiqətə uyğun deyil. Hamımız inanırıq ki, Fernando yaxın günlərdə öz formasının ən pik səviyyəsinə çatacaq. Klub onun oyunundan razıdı".
Yayılan xəbərlərə görə, “Arsenal” yanvarda hücumçunu icarəyə götürmək istəyir.
Qeyd edək ki, Lorente bu mövsüm “Yuventus” forması ilə 8 dəfə rəqib qapılarına yol tapıb.





