Noyabrın 15 və 19-da yoldaşlıq oyunları keçirəcək Almaniya milli komandasının heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, “Borussiya”nın (Dortmund) qapıçısı Roman Vaydenfeller ilk dəfə olaraq milliyə dəvət alıb.
Qapıçının 33 yaşında yığmaya çağırılması diqqət çəkib.
Təcrübəli qolkiper İngiltərə və İtaliyaya qarşı keçirilən oyunlarda debüt edə bilər.





