İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Ryan Giqz Premyer Liqanın növbəti turu çərçivəsində bazar günü keçiriləcək "Arsenal"la oyun haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, qocaman uelsli "Mançester Yunayted"in autsayder hesab edilməsi ilə qəti sürətdə razılaşmır:
"Mançester Yunayted "Old Trafford"da autsayder hesab edilir? Mən belə hesab etmirəm. "Topçular" həftəni yaxşı keçirib. Rəqibimiz yaxşı formadadı və bizi çətin oyun gözləyir. Lakin, biz çətinliklərdən qorxmuruq. Komandamız öz meydanında istənilən klubla oynaya bilər. Rəqib güclüdü və "Arsenal" ilə oyun həmişə maraqlıdı".
Xatırladaq ki, Premyer Liqanın zirvəsində qərarlan "Arsenal" əzəli rəqibindən 11 xal irəlidədi.





