“Maraqlı oyun oldu. Hər iki komanda mübarizədən vaz keçmədi. Dinamik, sürətli oyun keçdi”. Bu sözləri Futbolinfo.az saytına açıqlamasında “Rəvan”ın futbolçusu Miloş Adamoviç deyib.
 
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”la qarşılaşmada xal itirmələrinə (1:1) baxmayaraq, legioner futbolçu komandasının oyunundan razı olduğunu bildirib:
 
“Düzdü, öz meydanımızda xal itirdik. Qələbə qazanmalıydıq. Ancaq rəqibimiz gənclərdən ibarət komanda olsa da, bizə qarşı çox yaxşı müqavimət göstərdilər. Baxımlı futbol oldu".
Shares: