“Çempionatın liderinə qarşı oynadıq. Əlbəttəki çətin oyun olacağını bilirdik. Elə də oldu”.
 
Bu sözləri Futbolinfo.az saytına açıqlamasında AZAL-ın müdafiəçisi Branislan Arsenyeviç bildirib. Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində lider “Qarabağ”la qarşılaşmada bir xal qazanmağı futbolçu qənaətbəxş nəticə sayır:
 
“Doğma meydanda oynadığımız üçün üstünlüyümüz vardı. Bu oyunda qələbə qazana bilərdik. Heç-heçə oldu. Ancaq liderlə oyunda xal qazanmaq qənaətbəxş nəticədi”.
Shares: