Topaz Premyer Liqasında 13-cü tur da başa çatdı. Futbolinfo.az xəbər verir ki, qollu keçən ötən turdan fərqli olaraq, bu həftəki oyunlarda çox qol vurulmadı.
 
Demək olar ki, bu tur sülhlərlə yadda qaldı. Belə ki, keçirilən 5 qarşılaşmanın 4-də bərabərlik qeydə alındı.
 
Turun ilk oyunu Bayılda baş tutdu. "Rəvan" doğma meydanda "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirdi. Bayıl təmsilçisi qələbə qazanacağı təqdirdə hazırkı autsayder "Sumqayıt"dan biraz daha uzaqlaşacaq, Aqil Məmmədovun komandası isə 3 xal sayəsində bir pillə yüksələcəkdi. Lakin komandalar 90 dəqiqədən sonra meydandan sülhlə ayrıldılar. Komandalar hərəyə bir dəfə fərqlənməklə aktivinə bir xal əlavə etsə də, turnir cədvəlindəki mövqeləri olduğu kimi qaldı.
 
Turun ikinci oyun günündə iki oyun baş tutdu. AZAL Şüvəlanda lider "Qarabağ"ı qəbul etdi. "AZAL Arena"da keçirilən qarşılaşmada da qalib müəyyən olunmadı. Vaqif Sadıqovun və Qurban Qurbanovun komandası hərəyə bir dəfə fərqlənməklə aktivinə bir xal yazdı. "Köhlən atlar" 3 xal qazana bilməməsinə baxmayaraq, yenə də turnir cədvəlinin zirvəsini əldən vermədi. AZAL-ın isə gücü 13 turdan sonra yalnız 6-cı pillədə qərarlaşmağa çatdı.
 
Növbəti görüş məkanı isə "Şəfa" oldu. "İnter" öz meydanında "Simurq"u sınağa çəkdi. "Qardaşlığ"a sübut olaraq, bu qarşılaşmada da qalib müəyyən olunmadı. 90 dəqiqə ərzində ev sahiblərindən fərqli olaraq, daha çox istəkli görsənən Zaqatala təmsilçisi idi. Buna baxmayaraq qapılara qol vurulmadı. Gürcü mütəxəssislər – Kaxaber Sxadadze və Georgi Çixradzenin bu dəfəki dueli sülhlə bitdi.
 
Turun son oyun günündə "Xəzər Lənkəran" digər bir bölgə təmsilçisi "Qəbələ"ni qonaq etdi. Bu oyunda hər iki komandaya 3 xal qazanmaq vacib idi. Belə ki, Yuri Syominin komandası 3 xal sayəsində liderlərlə xal fərqini azaldacaqdısa, Toşakın ordusu bu 3 xalla bir neçə pillə irəli keçəcəkdi. Lakin turun əvvəlki oyunlarında olduğu kimi, bu görüşdən də qol səsi çıxmadı. 90 dəqiqənin sonunda hər iki bölgə təmsilçisi bir xalla kifayətlənməli oldu.
 
13-cü tura Bakı derbisi ilə yekun vuruldu. "Neftçi" doğma azarkeşlər önündə "Bakı"nı qəbul etdi. "Naxçıvan derbisi" kimi də qiymətləndirilən qarşılaşma digər oyunlara nisbətən prinsipiallığı ilə seçilirdi. Elə matçın ilk dəqiqələrində Nazim Süleymanovun komandasının Pantiçin yetirmələrindən üstün olduğu görünürdü. Bunun nəticəsində ev sahibləri matçın ilk dəqiqələrində hesabı açmağa nail oldu. Qarşılaşmanın 27-ci dəqiqəsində "ağ-qaralar" azlıqda qaldı. Lakin bundan bir neçə dəqiqə sonra "Neftçi" hesab arasındakı fərqi 2 topa çatdırdı. Sona qədər 10 nəfərə qarşı oynayan "Bakı" yalnız bir qol vurmağa güc tapdı – 2:1. "Neftçi"nin qalib, "Bakı"nın məğlub olduğu bu qarşılaşma 13-cü turda qalib və məğlubun müəyyən olunduğu tək oyun oldu.
 
Topaz Premyer Liqası
13-cü tur
 
RƏVAN – SUMQAYIT – 1:1
Qollar: Ceyhun Cavadov, 15 – Pərdis Fərcad-Azad, 45.
Sarı vərəqələr: Mişel Balokoq, 57 (qeyri-idman hərəkəti); Cəmşid Məhərrəmov, 90+1 (qeyri-idman hərəkəti) – Pərdis Fərcad-Azad, 26 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə – yoxdur; II hissədə – 3 dəq.
8 noyabr 2013. Bakı. "Bayıl Arena". 500 tamaşaçı.
 
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov (19. Hüseyn Axundov, 65), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç (8. Frederik Holster, 87), 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (9. Elnur Abdulov, 63), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Kamil Nurəhmədov, 33. Sohib Savankulov, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad (91. Vüqar Əsgərov, 71), 9. Orxan Əliyev (27. Nurlan Novruzov, 71), 10. Ruslan Qurbanov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Aqşin Muxtaroğlu, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov, 77. Mirzağa Hüseynpur.
Baş məşqçi: Aqil Məmmədov.
 
AZAL – QARABAĞ – 1:1
Qollar: Viktor İqbekoyi, 34 – Maksim Medvedev, 74.
Sarı vərəqələr: Vladimir Boqdanoviç, 31 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 33 (qeyri-idman hərəkəti); Tural Nərimanov, 72 (qeyri-idman hərəkəti); Samuel Barlay, 78 (sistematik qayda pozuntusu); Ruslan Məcidov, 90 (oyunun bərpasını gecikdirdiyi üçün); Viktor İqbekoyi, 90+2 (qeyri-idman hərəkəti) – Riçard Almeyda, 88 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə – 2 dəq.; II hissədə – 3 dəq.
9 noyabr 2013. Bakı. "AZAL Arena". 500 tamaşaçı.
 
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 7. Cavid Tağıyev (5. Murad Ağayev, 49), 10. Con Oluremi, 18. Samuel Barlay, 17. Viktor İqbekoyi (k) (30. Yuri Fomenko, 90+3), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov, 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 8. Qərib İbrahimov, 16. Freddi Borq, 21. Rey Məmmədbəyli, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (2. Qara Qarayev, 72), 9. Reynaldo Silva, 17. Vüqar Nadirov (41. Corc Leroy, 65), 20. Riçard Almeyda (11. Ulrix Kapolonqo, 89), 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 13. İbrahim Sehiç, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
 
İNTER – SİMURQ – 0:0
Sarı vərəqələr: Brüs Abdulay, 36 (qeyri-idman hərəkəti); Vaqif Cavadov, 84 (hakimin qərarına etiraz) – Raul Kostin, 64 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 4 dəq.
9 noyabr 2013. Bakı. “Şəfa” stadionu. 700 tamaşaçı.
 
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze (5. Slavço Georgiyevski, 46), 4. İvan Benites, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (11. Asif Məmmədov, 80), 14. İlqar Ələkbərov, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (19. Sezar Meza Kolli, 89), 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 6. Samir Zərgərov, 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (7. Ruslan Poladov, 76), 11. Draqan Çeran, 15. Stepan Polyak (28. Nenad Kiso, 75), 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin, 77. Nicat Qurbanov (16. Məhərrəm Hüseynov, 87).
Ehtiyat oyunçular: 94. Rəşad Əzizov, 4. Dilaver Zrnanoviç, 17. Rüstəm Məmmədov, 66. Ruslan Getman.
Baş məşqçi: Georgi Çixradze.
 
XƏZƏR LƏNKƏRAN – QƏBƏLƏ – 0:0
Sarı vərəqələr:  Nikola Valentiç, 23 (qeyri-idman hərəkəti); Dodo, 36 (qeyri-idman hərəkəti); Nizami Hacıyev, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 3 dəq.
10 noyabr 2013. Lənkəran şəhər stadionu. 4000 tamaşaçı.
 
Xəzər Lənkəran: 33. Duqlas Leyte, 4. Alvaro Silva, 7. Sadio Tounkara (22. Deyvid Sakkoni, 20) (11. Zohair Benouahi, 72), 10. Elnur Abdullayev (9. Uğur Pamuk, 84), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Edu Oriol, 17. Kazım Kazımlı, 23. Nikola Qliqorov.
Baş məşqçi: Con Toşak.
Qəbələ: 27. David Petrkeviç, 3. Nikola Valentiç, 5. Sadiq Quliyev, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 10. Dodo, 11. Yannik Kamanan, 18. İbrahima Niasse (84. Deyan Kelhar, 37), 31. Daniel Subotiç (9. Viktor Mendi, 68), 34. Ürfan Abbasov, 42. Leonardo da Silva (14. Lorenzo Ebesilio, 55).
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 4. Amt Quluzadə, 22. Assis Rodriqes, 33. Elvin Camalov.
Baş məşqçi: Yuri Syomin.
 
NEFTÇİ – BAKI – 2:1
Qollar: Ernest Nfor, 2, Cavid İmamverdiyev, 45+2 – Erik Ramos, 53-öz qapısına.
Sarı vərəqələr: Denis Silva, 18 (qeyri-idman hərəkəti); Cavid İmamverdiyev, 80 (qeyri-idman hərəkəti); Pavel Doroşev, 90+2 (vaxtı uzatdığına görə); Bahodir Nasimov, 90+3 (qeyri-idman hərəkəti) – Etto, 43 (qeyri-idman hərəkəti); Risto Ristoviç, 90+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Saşa Stamenkoviç, 27 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə).
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə – 3 dəq.; II hissədə – 4 dəq.
10 noyabr 2013. Bakı. "Bakcell Arena". 3000 tamaşaçı.
 
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k) (32. Elvin Yunuszadə, 90+3), 7. Araz Abdullayev, 9. Flavinyo (14. Bahodir Nasimov, 88), 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (1. Pavel Doroşev, 30).
Ehtiyat oyunçular: 4. Tərlan Quliyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
Baş məşqçi: Nazim Süleymanov.
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonsales, 6. Vadim Abdullayev (8. Cavid Hüseynov, 53), 7. Əfran İsmayılov (2. Deyvidas Çesnauski, 35), 11. Rauf Əliyev (k), 12. Etto (20. Mindauqas Kalonas, 70), 17. Risto Ristoviç, 21. Elvin Məmmədov, 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 15. Alberto Noquera, 19. Marius Pena, 30. Vüqar Bəybalayev.
Baş məşqçi: Milinko Pantiç.
 
1 Qarabağ 13 8 4 1 25 8 +17 28
2 Neftçi 13 8 4 1 20 9 +11 28
3 Qəbələ 13 7 2 4 20 13 +7 23
4 Bakı 13 5 3 5 22 16 +6 18
5 İnter 13 5 2 6 21 18 +3 17
6 AZAL 13 4 5 4 12 16 –4 17
7 Simurq 13 3 6 4 11 12 –1 15
8 XL 13 3 5 5 10 17 –7 14
9 Rəvan 13 1 5 7 8 25 –17 8
10 Sumqayıt 13 1 4 8 6 21 –15 7
 
Bombardirlər:
6 – Əfran İsmayılov (Bakı).
5 – Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ).
4 – Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Leonardo da Silva (Qəbələ).
Shares: