21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də Makedoniya yığması ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində dəyişilik edilib. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Ürfan Abbasov (“Qəbələ”) zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzində isə “Neftçi”nin üzvü Emin Mehtiyev U-21-ə dəvət olunub.





