“Mançester Siti”nin hücumçusu Edin Dzeko yanvarda “Borussiya”ya (Dortmund) keçə bilər. Futbolinfo.az xəbər verir ki, Almaniya klubu transferə görə 22 milyon avro xərcləməyə hazırdı.
 
İngilislər də, bu transferin reallaşmasına razılıq verib. “Şəhərlilər” bu addımla futbolçuların həftəlik əmək haqqılarının miqdarını azaltmaq istəyir. Bosniyalı qolçunun klubla olan müqaviləsi 18 aydan sonra başa çatacaq. Dzeko “Borussiya”da qışda komandanı tərk edəcəyi gözlənilən Robert Levandovskini əvəzləyə bilər.
 
Qeyd edək ki, Edin bu mövsüm 7 oyunda meydana çıxıb və 3 qol vurub.
Shares: