Norveç liqasında yeni çempionun adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, son turda "Haugesund"a 4:0 hesabı ilə qalib gələn "Stromsqodset" liderliyini qoruyaraq çempion olub.
Bu qələbə sayəsində ən yaxın izləyicisi "Rusenburq"u 1 xal qabaqlayan "Stromsqodset" klubu tarixində ikinci dəfə çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, "Stromsqodset" klubu sonuncu dəfə 1970-ci ildə Norveç liqasının qalibi olmuşdu.





