Lionel Messi üçün 2013-cü il bitdi. Artıq “Barselona”nın lideri 2014-cü ildə yaşıl meydanlara qayıda biləcək. Futbolinfo.az karyerasının ən uğursuz ilini yaşayan futbolçunun 2013-cü ildə yaşadığı zədə problemlərini xronoloji ardıcıllıqla diqqətinizə çatdırır:
 
2 Aprel: “Barselona”nın səfərdə 2:2 bərabərə qaldığı PSJ ilə matçın 2-ci hissəsi başlamazdan əvvəl oyundan çıxdı və 5 gün yaşıl meydanlardan uzaq qaldı.
 
12 May: “Atletiko” ilə görüşdən əvvəl zədələndi və 3 həftə müalicə aldı.
 
13 Avqust: İspaniya superkuboku çərçivəsində keçirilən oyunda aldığı zədə səbəbi ilə 4 gün komanda ilə məşqlərə çıxa bilmədi.
 
28 Sentyabr: La Liqda 21-ci dəqiqədə “Almeriya”ya qol vurdu. Lakin 29-cu dəqiqədə ehtiyat məqsədilə oyundan çıxdı və 2 həftə yaşıl meydanlardan uzaq qaldı.
 
11 Noyabr: “Betis”lə qarşılaşmanın 21-ci  dəqiqəsində zədələnərək meydanı tərk etdi. Müayinədən sonra onun 6-7 həftə futboldan uzaq qalacağı açıqlandı.
Shares: