"Barselona" və "Real" böyük klublardı. Hər iki komanda mənimlə maraqlanırdı. Lakin mən "Kral Klubu"nu özümə daha doğma hiss edirdim. Çünki orada həmyerlim Zinəddin Zidan çalışır. Zidan məni Madriddə görmək istəyirdi. Lakin mən "Bavariya"dan ayrılmaq niyyətim yox idi. Çünki bura mənim ailəm kimidi".
 
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Bavariya”nın aparıcı üzvü Frank Riberi deyib. O, vaxtilə “Real” və “Barsa” kimi klublardan təklif alsa da Münheni tərk etymədiyini və tərk etməyəcəyini bildirib.
 
Qeyd edək ki, Riberi “Qızıl Top” mükafatına ən real namizədlərdəndi.
Shares: