Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun durumuna aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçunun zədəsi gözlənildiyindən də ciddidi.
 
Bu barədə "Qarabağ"ın və millimizin kapitanı özü bildirib. Onun sözlərinə görə, həkim müayinəsindən sonra onun hələ bir müddət futbol oynaya bilməyəcəyi məlum olub.
 
Qeyd edək ki, Azərbaycan millisini noyabrın 15-də Estoniya, ayın 19-da isə Qırğızıstanla qarşılaşma gözləyir. Sadıqov isə bu qarşılaşmalarda komandamıza kömək edə bilməyəcək.
Sonda onu da bildirək ki, Rəşaddan əlavə Estoniya və Qırğızıstanla oyunlarda millimiz Kamran Ağayev və Əfran İsmayılovun da xidmətindən yararlana bilməyəcək.
Shares: