Futbol üzrə Almaniya millisinin şərəfini qoruyan 35 yaşlı hücumçu Miroslav Kloze yığmadan kənarda qalıb. Futbolinfo.az xəbər verir ki, ötən tur İtaliya çempionatında "Parma" ilə oyunda çiynindən zədələnən "Latsio"lu hücumçunun Bundestimin qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
 
Xatırladaq ki, Almaniya millisi çərşənbə axşamı İngiltərə, cümə günü isə İtaliya ilə qarşılaşacaq.
Shares: