İspaniyanın "Barselona" klubu daha bir ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, La Liqada "Betis"lə matçda sağ dizindən zədələnən Sesk Fabreqasın ən azı bir həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
 
Bu səbəbdən o, İspaniya millisinin Qvineya və CAR-la oyunu üçün heyətdən kənarlaşdırılıb.
 
Qeyd edək ki, katalonlar Messinin də xidmətindən təxminən iki ay yararlana bilməyəcək. 
Shares: