"Milan"ın baş məşqçisi Massimiliano Alleqri postunda qalacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən Milan təmsilçisinin baş məşqçisi ilə yollarını ayıracağı gözlənilirdi. Lakin klub prezidenti Silvio Berluskoni və vitse-prezident Adriano Qalliani 46 yaşlı mütəxəssisin komandada qalmasına dair qərar veriblər.
 
Qeyd edək ki, bu mövsüm A Seriyada 12 oyuna çıxan "Milan" klubu 13 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Shares: