Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Ayntraxt” (Braunşveyq) klubunun üzvü İltər Taşkın millimizin mətbuat üçün açıq keçirilən məşqində jurnalistlərin suallarını cavablandırdı. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
– İlk dəfə əsas milli komandaya dəvət olunmusuz. Nə hiss edirsiz?
– Çox gözəl duyğudu. Əsas milliyə çağırıldığım üçün xoşbəxtəm. Mənim üçün hər şey yaxşıdı.
– U-21-in Makedoniya ilə oyunu olduğu hakda əsas millidən dəvət alacağınızı gözləyirdiz?
– Həmin oyun rəsmi olduğu üçün daha vacib matç idi. Ancaq sarı vərəqə limitinə görə, cəzalı duruma düşmüşdüm. Onsuz da Makedoniya ilə oyunda iştirak edə bilməyəkdim. Lakin buna baxmayaraq, yenə də əsas komandadan dəvət gələcəyini gözləmirdim.
– “Ayntraxt”ın son oyunlarında meydana çıxmamağınızın səbəbi nədi?
– U-19-dan U-23-ə yeni çıxmışam. Orada yeni olduğum üçün, əsas komandadan U-23-ə futbolçu göndəriləndə ehtiyatda qalmalı oluram.
– Klubunuzda Azərbaycanın əsas millisinə çağırılmağınızı necə qarşıladılar?
– Yaxşı qarşıladılar. Onlar da görürlər nəcə çalışdığımı.
– Yaxşı qarşıladılar. Onlar da görürlər nəcə çalışdığımı.
– Bildiyimizə görə, əslən azərbaycanlısız. Ölkəmizlə hansı bağlarınızın olduğunu açıqlaya bilərsiz?
– Bəli, bizim əslimiz İğdırdandı. Anamla atam da azərbaycanca danışa bilir. Türkiyədə iğdırlılara azərbaycanlı deyirlər.





