"Arsenal"ın ulduz futbolçusu Məsut Özil “Real”dan gözlənilməz şəkildə göndərilməsiylə hələ də barışa bilmir. Futbolçu bu məqsədlə İngiltərə və İspaniya çempionatlarını fərqləndirir. Futbolinfo.az xəbər verir ki, Özil bu cür müqayisələrə daha birini əlavə edib.
Türk əsilli yarımmüdafiəçi İngiltərə çempionatında futbolçuların peşəkar şəkildə inkişaf etməsi üçün yaxşı şansı olduğunu bildirib: "İspaniyadan fərqli olaraq, İngiltərədə komandaların səviyyələri bərabərdir. İngiltərə çempionatında dünyanın güclü klubları çıxış edir. Məhz bu səbəbdən hər bir futbolçunun peşəkar şəkildə inkişaf etməsi üçün yaxşı şansı var. Hər zaman mübarizə aparmalısan və hesaba oynamalısan. İngiltərədə hər matçı "böyük oyun" adlandırmaq olar. Dünyanın heç bir yerində belə bir şey yoxdu".
Qeyd edək ki, Özil mövsümün əvvəlində "Real"dan "Arsenal"a transfer olunub.





