Braziliya A Seriyasında autsayder qrupundan çıxa bilməyən və aşağı liqaya düşmək təhlükəsi ilə üzləşən "Fluminense" rəhbərliyi günahkarı tapıb. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Vanderley Luksemburqonu istefaya göndərib.
 
Son turda səfərdə "Korintians"a yenilən komanda artıq 9 turdu qələbə üzünə həsrətdi. Mövsümün sonuna 5 tur qalmış 18-ci pillədə qərarlaşan Rio de Janeryo klubunun rəhbərliyi baş məşqçini uğursuzluğa görə günahkar elan edərək yollarını ayırıb.
 
Qeyd edək ki, Luksemburqo iyulda bu postda Abel Braqanı əvəzləmişdi.
Shares: