"Atletiko"nun çalışdırıcısı Dieqo Simeone iddialı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, "COPE"ya açıqlamasında argentinalı mütəxəssis İspaniyanın ikinci ən yaxşı klubunun məhz “Atletiko” olduğunu vurğulayıb.
"Real"dan (Madrid) daha güclü olduqlarını düşünən çalışdırıcı "Barselona"nı ölkənin ən yaxşı komandası hesab edib: "La Liqa çox sıxıcıdı. Çünki "Barselona" çox vaxt zirvədə olur. Onlar yaxşı, pis oynasalar da, qazanırlar. Biz də bu mövsüm "Barsa"nı izləyirik. İspaniyanın ən yaxşı ikinci klubu "Real" deyil, bizik".
Qeyd edək ki, hazırda “Atletiko” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.





