Makedoniyanın U-21 yığmasının baş məşqçisi Boban Babunski AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveçə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Bizim Azərbaycan və Norveçlə oyunlarda müsbət nəticə qazanmağa qadir gücümüz var. Özü də hər iki oyunu doğma divarlar arasında keçirəcəyik. Bu matçlarda azarkeşlərimizin güclü dəstəyinə bel bağlayırıq".





