İngiltərə millisi yoldaşlıq oyunları öncəsi heyətdə ciddi problemlər yaşamaqdadı. Futbolinfo.az xəbəe verir ki, son olaraq Maykl Keerik və Dani Uelbek zədələnərək millinin Çili və Almaniya matçlarında iştirak edəcəyi heyətdən kənarlaşdırılıb.
 
Premyer-liqanın son turunda 90 dəqiqə forma geyməsinə baxmayaraq, Kerrikin ağrılar hiss etməsi, Uelbekin isə oktyabrda aldığı zədəni hələ də sağalda bilməməsi baş məşqçi Roy Hocsonu belə bir addım atmağa vadar edib. İngiltərə Futbol Federasiyasından verilən açıqlamada onların yerinə hər hansı futbolçunun milliyə çağırılmayacağı vurğulanıb.
 
Qeyd edək ki, “Liverpul”un və millinin kapitanı Stiven Cerrard və “Tottenhem”in müdafiəçisi Kili  Uolker də heyətdən çıxarılıb. Onlar millilərin toplanışı zaman yaranan fasiləni istirahət etməklə keçirəcək.
Shares: