“Liverpul”un əfsanəvi kapitanı Stiven Cerard “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyussonun öz kitabında yazdığı "Cerard heç vaxt güclü futbolçu olmayıb" sözlərinə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, ingiltərəli tənqidi fikirlərinin onu narahat etmədiyini deyib:
“Ferqyussonun şəxsi fikirlərini bildirməyə haqqı çatır. Mən o məşqçinin pərəstişkarıyam. O, dünyanın ən güclü məşqçilərindən biridir. Karyeram ərzində “Ser”dən başqa bir çoxları mənim oyunumu dəstəkləyiblər. Bir dəfə o, mənimlə müqavilə bağlamaq istədi. Lakin indi mənim üçün “Liverpul”un baş məşqçisi Brendan Rocersin və İngiltərə yığmasının baş məşqçisi Roy Hocsonun fikirləri maraqlıdı. Fikirləşirəm ki, onlar mənim oyunumdan razıdılar”.





