"Wonderkids-2014" nəşri ilin ən istedadlı futbolçularının siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ən istedadlı futbolçu "Milan"ın 15 yaşlı hücumçusu Haşim Mastur seçilib.
 
Mərakeş əsilli yeniyetmə siyahıda bir sıra tanınmış oyunçuları qabaqlayıb. Qeyd edək ki, "rossenyerlər" Masturu 1 il əvvəl "Cenoa"dan 500 min avroya almışdı. Dünyanın 10 ən istedadlı futbolçusu bunalr seçilib:
 
1. Haşim Mastur (Milan) – 15 yaş
2. Yulian Draksler (Şalke) – 19 yaş
3. Dennis Prat (Anderlext) – 19 yaş
4. Tonni de Vilena (Feyenoord) – 18 yaş
5. Xese Rodriges (Real) – 20 yaş
6. Markinyos (PSJ) – 19 yaş
7. Alen Haliloviç (Dinamo, Zaqreb) – 17 yaş
8. Lukas Okampos (Monako) – 19 yaş
9 Maks Mayer (Şalke) – 18 yaş
10. Adrien Rabo (PSJ) – 18 yaş
Shares: