"Xəzər Lənkəran"ın məşqçisi Emin Quliyevin Futbolinfo.az saytına müsahibəsi
 
– "Xəzər Lənkəran"ın hazırkı vəziyyəti barədə nə deyə bilərsiz?
– Hamı bilir ki, "Xəzər Lənkəran" indi layiq olduğu mövqedə deyil. İnşallah, layiq olduğumuz yerdə olarıq.
 
– Komandanın hazırlıq prosesi necə gedir?
– Komanda normal şəkildə hazırlaşır. Hazırlıqlarımız davam edir. Qarşıda "Bakı" ilə oyun var. Həmin oyuna hazırlaşırıq. Başqa yolumuz yoxdu, yalnız qələbə üçün çalışırıq.
 
– "Neftçi"nin futbolçusu açıqlamasında Con Toşakın məşq vaxtı futbolçuları söydüyünü bildirmişdi…
– "Neftçi"nin futbolçu heç bizim məşqi görür ki, bu haqda fikir də bildirsin?
 
– Amma həmin futbolçu bunu lənkəranlı futbolçuların dediyini bildirib…
– Xeyr, bu, yalan söhbətdi. Toşak məşq vaxtı heç kimi söymür.
 
– Məşqçi kimi Toşakın işini necə dəyərləndirərdiz?
– Sadəcə deyə bilərəm ki, normaldı.
 
– Millinin yoldaşlıq oyunları ilə əlaqədar olaraq Premyer Liqada fasilə yaranıb. "Xəzər Lənkəran" bu fasilədən necə istifadə edəcək?
– Onu deyə bilərəm ki, yoldaşlıq görüşü planlaşdırmırıq. Lənkəranda məşqlərimiz davam edir. Bu gün 2, sabah bir məşqimiz var. Ondan sonra komandaya 3 gün istirahət veriləcək.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: