Azərbaycan futbolunun veteranları yenidan yaşıl meydana çıxacaq. Futbolinfo.az xəbər verir ki, veteran futbolçularımız sabah Özbəkistan futbolunun veteranları ilə qüvvəsini sınayacaq.
 
Bu gün yerli vaxtla 15:30-da qonaqlar Bakıda olacaq. Matçdan öncə qonaqların şəhər gəzintisi təşkil ediləcək və AFFA tərəfindən ayrılmış hədiyyələr təqdim olunacaq.
 
Yerli veteranlardan ibarət komandanın heyətində Tərlan Əhmədov və Səmədağa Şıxlarov yer almayacaq. Buna səbəb hər ikisinin zədəli olmasıdı. Belə ki, Əhmədovun ayaq əzələsi dartılıb, Şıxlarovun isə ayağında ağrı var. Qarşılaşmanı Gülağa Cabbarov və Xaqani Məmmədovdan biri idarə edəcək.
 
Qeyd edək ki, Azərbaycan və Özbakistan futbol veteranları sabah saat 17:30-da "Bayıl Arena"da üz-üzə gələcək.
Shares: