Futbol üzrə Braziliya çempionatında 2013/2014-cü il mövsümünün qalibi məlum olub.  Futbolinfo.az xəbər verir ki, “Kruzeyro” səfərdə “Vitoriya”nı 3:1 hesabı ilə məğlub etməklə Braziliya çempionatının qızıl medallarına sahib olub.
 
Məlumatınız olsun ki, hələ turnirin başa çatmasına 4 tur qalır. Amma “Kruzeyro” ən yaxın izləyicisi  “Atletiko Paranaense”ni 16 xal qabaqladığından çempionluğu indidən rəsmiləşdirib. Bu komandanın tarixindəki 3-cü ölkə çempionluğudu.
Shares: