FİFA-nın hər il təşkil etdiyi "Qızıl top" mükafatına ən real namizədlərdən olan "Bavariya"nın futbolçusu Frank Riberi iddialı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, fransalı özünü bu mükafata ən layiqli namizəd hesab etdiyini bildirib:
“Ronaldo çox güclü futbolçudu, lakin ötən mövsüm mən klub səviyyəsində mümkün olan bütün titulları qazandım. Mənim üçün ötən il karyeram ərzində ən gözəl mövsüm oldu. Düşünürəm ki, futbolçularımızın hazırlığı istənilən səviyyədə olsa, biz bu ildə bütün mükafatları qazanacağıq”.
“Qızıl Top” uğrunda mübarizənin əsasən Ronaldo və Riberi arasında keçəcəyi gözlənilir.





