Braziliya futbolunun canlı əfsanəsi Roberto Karlos sabiq komandası olan "Real" haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, Madrid klubunda forma geyən iki ulduz Kriştianu Ronaldo və Qaret Beylin oyununa toxunub:
“Ronaldo bu il "Qızıl top" mükafatına ən layiqli futbolçudu. O, hər oyunda qol vurur. Buna görə də o mükafatını almalıdı. Mən “Qızıl Top”u onun qazanacağını düşünürəm. Beylə gəldikdə isə o da dünyanın ən yaxşı futbolçularından biridi. Onun daha da yaxşı olacağına əminəm".
Karlos hazırda “Sivasspor”un baş məşqçisidi.





