Azərbaycan futboluna “Rəvan”ın tanıtdığı, hazırda isə “Bakı”da çıxış edən litvalı futbolçu Mindauqas Kalonas ölkəsində "ilin ən yaxşı futbolçusu" seçilib. Futbolinfo.az xəbər verir ki, Litva milli komandasında çışıx edən futbolçu yoxlama oyunları ilə əlaqədər olaraq vətəninə yollanıb.
 
Məhz bu səfər çərçivəsində təcrübəli oyunçu ölkəsində xoş sürprizlə də qarşılaşıb. Belə ki, bu gün Kalonasın ilin ən yaxşısı seçilməsi münasibətilə təltifetmə mərasimi keçirilib.
Maraq üçün qeyd edək ki, Kalonas ötən mövsüm "Rəvan"a transfer olunmaqla özündən söz etdirməyi bacardı. Vurduğu vacib qollar və sərgilədiyi futbol onu daha iddialı klubların maraq dairəsinə saldı ki, bunun məntiqi nəticəsi kimi, Mindauqas yayda "Bakı"ya transfer olundu.
Shares: