PSJ-nin braziliyalı futbolçusu Lukas Moura klubun çıxışı ilə bağlı iddialı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi yüksək səviyyəli futbolçulardan təşkil olunmuş komandanın bütün turnirlərdə uğur qazanmağa qadir olduğunu deyib:
“Komandamıza böyük təcrübəyə malik futbolçular yığışıb. Bundan əlavə bizə Loran Blan kimi böyük təcrübəyə malik baş məşqçi rəhbərlik edir. Bütün bu amillər çox şey deməkdir. PSJ 3 yarımmüdafiəçi və üç hücumçu sxemi ilə oynayandan bəri daha da güclənib. Komandadakı rəqabət və təcrübə hər bir oyunçuya inkişaf üçün stimul verir”.
Qeyd edək ki, Moura yanvarda “San-Paulo”dan PSJ-yə transfer olunub.





