"Qarabağ"ın müdafiəçisi Admir Teli zədələnib. Futbolinfo.az saytına bunu albaniyalı futbolçu özü məlumat verib.
Amma onun sözlərinə görə, zədəsi elə də ciddi deyil və qısa fasilədən sonra məşqlərə başlaya biləcək:
"Sadəcə, bir az ayaq barmaqlarım ağrıyır. Çox güman ki, bir həftəyə hazır olacam. Qısa zamanda sağalmağım üçün əlimdən gələni edirəm".





