“Real”ın keçmiş idman direktoru Xorxe Valdando “Barselona”nın futbolçusu Lionel Messi haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, o, bildirib ki, Messi hər zaman olduğu kimi planetin ən güclü futbolçusudu: “Messi dünyanın ən yaxşı futbolçusudu. İkinci pillədə isə zədəli Messidi”.
Bu sözlər heç də birmənalı qarşılanmayıb. Belə ki, Valdano “Real”dan xoş təəssüratlarla ayrılmadığına görə hər fürsətdə komandanı tənqid etməyə çalışır. Hansı ki, indi də “Kral Klubu”nun əzəli rəqibini tərifləmək üsuluna əl atıb.
Qeyd edək ki, Messi La Liqada "Betis"lə matçda zədələndiyi üçün 2 ay yaşıl meydanlardan uzaqda qalacaq.





