"Beşiktaş"ın portuqal ulduzu Manuel Fernandesdən gələn zədələnmə xəbəri klubun düşərgəsində şok təsiri yaradıb. Futbolinfo.az “Ntv Spor” kanalına istinadən xəbər verir ki, təcrübəli oyunçunun sağ qıçının əzələsində ikinci dərəcəli yırtıq aşkar edilib.
 
Fernandesin iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 
Qeyd edək ki, “Şaxtyor”la yoldaşlıq oyununda zədələnən futbolçunun “Fənərbaxça” ilə derbiyə yetişəcəyi gözlənilir.
Shares: