"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov uğursuz çıxışa görə komanda üzvlərinin cəzalanması haqda öz fikirlərini bildirib. Futbolinfo.az saytına açıqlamsında o, bu cür cərimələrin faydal olmasından danışıb:
"Ümumiyyətlə, bu söhbətin mətbuata çıxmasını istəməzdim. Amma turnir cədvəlindəki vəziyyətə görə rəhbərlik də tədbir görməliydi. Bu, hamımızın razılığı ilə olan bir işdi. Ötən oyunlarda xal almalıydıq, amma buna nail ola bilmədik. Komandanın futbolçuları bunu müsbət qarşılamır. Əgər komanda axırıncı yerdə gedirsə, rəhbərlik də söz verdiyi maaşı, mükafatı vaxtında verirsə, bu cəza olmalıydı. İnanıram ki, bu komandaya pis təsir etməyəcək. Düzdü, futbolçu pula görə oynayır. Amma elə oynamalısan ki, o pul kəsilməsin. Mən də futbolçu olmuşam, mənə də cəza verilib. Mən nəticə çıxartmışam, elə etmişəm ki, bir də mənim pulumu kəsməsinlər. Biz söz vermişdik ki, bu qədər xal qazansaq, maaşlarımız tam şəkildə veriləcək. Ancaq sözümüzə əməl edə bilmədik və maaşlarımız kəsildi. Ümumiyyətlə, futbolçunun maaşının kəsilməsinin tərəfdarı deyiləm. Ancaq elə məqam var ki, bu cür cərimələr olsa yaxşıdı".





