"Barselona"nın yarımmüdafiəçisi Aleksandr Sonq klubu tərk edəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, Sonq sabiq klubu "Arsenal"a qayıtmaq barədə düşünmədiyini bildirib:
“Arsenal"da oynamaq mənə çox xoş idi. Orda əla 7 mövsüm keçirdim. Amma indi Londona qayıtmaq barədə düşünmürəm. "Barselona"dakı durumumdan tam razıyam. Müqaviləmin sonuna hələ 4 il var. Həmin müddətədək elə "Barselona"da qalmaq fikrindəyəm. Müqaviləm başa çatdıqdan sonra nələrin baş verəcəyini deyə bilmərəm. Lakin indi "Barselona"dan getməyi planlaşdırmıram".





