Kamerun millisinin üzvü Sameuel Eto'o komanda yoldaşlarını ona ötürmə verməməkdə günahlandırıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli hücumçu bildirib ki, DÇ-2014-ün pley-off mərhələsinin ilk oyununda Tunislə matçda ona bilərəkdən ötürmə verilməyib:
 
"Çox təəssüf ki, bu doğrudu.  Matçı təkrar izləyəndə mənə ötürmə verilmədiyini görə bilərsiniz. Futbol kollektiv oyunudu. Yaxşı mövqedə olan futbolçu düşməniniz olsa belə, komanda üçün oynamalısız. Bazar günü keçiriləcək cavab qarşılaşmasında bu hallar təkrarlanmamalıdı".
 
Kamerun millisinin baş məşqçisi Volker Finke isə futbolçusunun fikirləri razılaşmayıb. Onun sözlərinə görə, Eto'onun dediyi heç bir epizod qarşılaşma zamanı baş verməyib: "Oyunu 6-7 dəfə yenidən izlədim. Komanda yoldaşları ona qarşı elə bir hərəkət etməyib".
Shares: