“Çelsi”nin baş məşqçisi Joze Mourinyo və İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhemin oğulları komanda yoldaşı olublar. Futbolinfo.az xəbər verir ki, onlar bundan sonra “Fulhem”in aşağı yaş qruplarında birgə mübarizə aparacaqlar.
 
Heyətdəki yenidənqurma zamanı onlar eyni komandaya düşüb. Mario Mourinyo burada qapıçılıq edir. Bruklin Bekhem isə komandanın yarımmüdafiəçilərindəndi. Onlar övladlarının futbolla yanaşı, yaxşı təhsil alması üçün məhz “Fulhem”I seçdiyini bildirir. Bundan başqa komandanın hər iki məşhurun yaşadığı şəhər olan Londonda yerləşməsi onalr üçün əlavə üstünlükdü.
Shares: