İspaniya millisinin baş məşqçisi Visente del Boske İspaniya Futbol Federasiyasi ilə müqavilənin müddətini uzadıb. Futbolinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, bu haqda təcrübəli mütəxəssis özü məlumat verib:
“Bəli, mən federasiya ilə müqavilənin müddətini 2016-cı ilə qədər uzatdım".
Xatırladaq ki, del Boskenin rəhbərliyi altında İspaniya 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub. Daha əvvəl yayılan xəbərlərə görə, mütəxəssis DÇ-2014-dən sonra karyerasına son qoyacaqdı.





