"Fənərbaxça" rəhbərliyi klubun gəlirlərini artırmaq məqsədilə atdığı addım Türkiyə mətbuatının gündəmini zəbt edib. Futbolinfo.az xəbər verir ki, üzərində buğa görüntüsü həkk olunan köynəklərin satışa çıxarılması azarkeşlər arasında mübahisəyə səbəb olub.
 
İstanbul təmsilçisinin tərəfdarları "sarı-lacivərdlər"in rəmzinin dəyişdirilərək buğa olmasını istədiklərini bildiriblər. Onlar klubun "bülbüllər" adlandırılmasının düzgün olmadığını dilə gətiriblər.
 
Azarkeşlər "Twitter"də kampaniyaya başlayaraq klub rəhbərliyinə rəmzin buğa olması ilə bağlı müraciət ünvanlayıblar.
Shares: