“Barselona”nın yarımmüdafiəçisi Xavi Neymarın gələcəkdə Ronaldinyonu da keçəcək potensialda olduğunu bildirib. Futbolinfo.az xəbər verir ki, o, komanda yoldaşından danışarkən bunları söyləyib:
 
"Neymar mənə Ronaldinyonu xatırladır. O da əvvəllər utancaq idi. Yavaş-yavaş kollektivə uyğunlaşdı. Braziliyalılar anadangəlmə şən olurlar , bu da komandaya müsbət təsir edir. Neymar ağıllı oğlandı. O həm komanda oyununda , həm də fərdi qaydada güclüdür. Hələ 21 yaşı var. Çox inkişaf edəcək".
Shares: