Yığma komandalar arasında növbəti yoxlama oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa yığmalarının iştirakı ilə 13 sınaq matçı baş tutub.
Millimizin Estoniyaya uduzduğu (1:2) gecədə Türkiyə yığması Şimali İrlandiyanı sanağa çəkib. "Ay-ulduzlular" Mevlüt Erdinçin qolu ilə qələbəni bayram edib.
DÇ-2014-də millimizlə eyni qrupda yer almış Rusiya da evdə meydana çıxıb. Şimal qonşularımız Serbiya ilə heç-heçəyə razılaşıb.
Ən maraqlı qarşılaşmalardan biri İtaliya və Almaniya arasında baş tutub. Bu görüşdə də qalib müəyyənləşməyib.
İngilətərə millisi isə Çiliyə boyun əyib. "Barselona"lı Aleksis Sançesin dublu cənubi amerikalılara qələbə qazandırıb – 2:0.
Yoldaşlıq oyunları
15 noyabr
Cənubi Koreya – İsveçrə – 2:1
Qollar: Honq Yeonq-Ho, 59. Lee Çunq-Yonq, 87 – Paytim Kasami, 7.
Belarus – Albaniya – 0:0
Çexiya – Kanada – 2:0
Qollar: Andrey Kelustka, 3. Tomas Horava, 81.
Rusiya – Serbiya – 1:1
Qollar: Aleksandr Səmədov, 29 – Filip Corceviç, 31.
Estoniya – Azərbaycan – 2:1
Qol: Sergey Zenyov, 55. Joel Lindpere, 66 – Rauf Əliyev, 45.
Danimarka – Norveç – 2:1
Qollar: Uilyam Kvist, 14. Nikolay Boilesen, 90 – Markus Pedersen, 78.
Türkiyə – Şimali İrlandiya – 1:0
Qol: Mevlüt Erdinç, 45.
İrlandiya – Latviya – 2:0
Qollar: Robbi Kin, 22. Ayden Makgeadi, 68. Şane Lonq, 80.
İtaliya – Almaniya – 1:1
Qollar: İqnazio Abate, 28 – Mats Hummels, 8.
Polşa – Slovakiya – 0:2
Qollar: Juraj Kuçka, 31. Robert Mak, 39.
İngiltərə – Çili – 0:2
Qollar: Aleksis Sançes, 7; 90.
Şotlandiya – ABŞ – 0:0





