Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu DÇ-2014-ə çıxmaq üçün pley-off mərhələsi çərçivəsində İsveçlə oyundan sonra (1:0) fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu qələbəyə baxmayaraq, cavab oyununda qol vurmasalar, işlərinin çətin olacağını bildirib:
"Vurduğum qol çox vacib idi. Ən azından bu qol bizə qələbə qazandırdı. Ancaq daha çox qol vura bilərdik. Bununla belə, heç-heçədənsə, qələbə daha yaxşı nəticədi. Səfərə minimal hesablı üstünlüklə yollanacağıq. Orada səhv etmək olmaz. Çünki heç kim Braziliyadan kənarda qalmaq istəmir".
Qeyd edək ki, komandalar arasında cavab matçı noyabrın 19-da İsveçdə keçiriləcək.





