Ötən gecə bir sıra ölkələr yoldaşlıq oyununda qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, 4 dostluq oyununun yalnız birində qələbə qazanılıb.
 
Ekvador yığması Argentina ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qol qeydə alınmayıb. Hollandiya Yaponiya görüşündə də qalib müəyyənləşməyib. Komandalar hərəyə iki dəfə fərqlənib. Uels Finlandiya yığması ilə görüşüb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
 
Günün yeganə qələbəsini İspaniya qazanıb. Qvineya ilə qarşılaşmada ispanlar 2:1 hesablı qələbə qazanıb.
 
Yoldaşlıq oyunları
16 noyabr
 
Ekvador – Argentina 0:0
 
Hollandiya – Yaponiya 2:2
Qollar: Van Der Vaart, 13, Aryen Robben, 39 – Yuya Osako, 44. Keysuke Honda, 60.
 
Uels – Finlandiya 1:1
Qollar: Andi King, 58 – Riku Riski, 90.
 
Qvineya – İspaniya 1:2
Qollar: Cimmi Bermudes, 36 – Santyaqo Kasorla,13, Xuanfran, 43.
Shares: