Topaz Premyer Liqasının 14-cü turunun "İnter"lə oyununa hazırlığı davam etdirən "Neftçi" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda əvəzedici komanda ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, oyun əsas heyətin 4:1 hesablı qələbəsi ilə nəticələnib.
 
Əsas heyətin üzvlərindən Flavinyo və Denis Silva zədə səbəbindən matçda iştirak etmədiklərindən yüngül qaçışla kifayətləniblər. (klub saytı)
Shares: