Futbol üzrə Azərbaycan 1-ci divizionunda mübarizə aparan “Kəpəz”in baş məşqçisi Vidadi Rzayevin istefası qəbul olunub. Bu barədə futbolinfo.az saytına klubun prezidenti Mehman Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, komandanı bundan sonra uzun müddət Gəncə klubunun şərəfini qorumuş Azər Məmmədov çalışdıracaq. Artıq tərəflər bununla bağlı tam razılığa gəliblər.
Məmmədovun bir köməkçisi də bəllidi. Belə ki, keçmiş müdafiəçiyə bu işdə Anar Kələntərov kömək edəcək.
Qeyd edək ki, yeni məşqçilər korpusu artıq öz işinə başlayıb. Məmmədov komandanı ilk məşqə də çıxarıb.





