Üç günlük istirahətini başa vuran “Xəzər Lənkəran” bu gündən başlayaraq məşqlərini bərpa edir. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, axşam saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxacaq komanda “Bakı” ilə səfər matçının hazırlığına start verəcək.
 
Xatırladaq ki, Topaz Premyer Liqasının 14-cü turunun ”Bakı” – “Xəzər Lənkəran” matçı noyabrın 22-də keçiriləcək.
Shares: